Məzmuna keç

Yerləşdirmə qaydaları

Yenilənib: 28.09.2026

Moderasiya bu qaydalara görə qərar verir. Yenilənib: 28.09.2026.

Dərc olunur

  • Standart vəzifə adı («SOC Analyst», «DevOps Engineer»), böyük hərflə şüar yox.
  • Ən azı 200 simvol təsvir, aydın tələblər, ən azı 3 tələb olunan bacarıq.
  • Maaş: aralıq, minimum, «razılaşma ilə» və ya «göstərilmir» — hansını seçsəniz, düzgün olsun.
  • Vakansiyanın dili: Azərbaycan, ingilis və ya rus.

Dərc olunmur

  • Texnologiya olmayan vəzifələr (satış, mühasibat, sürücü və s.).
  • Eyni vakansiyanın təkrarı.
  • Ayrı-seçkilik: yaş, cins, din, ailə vəziyyəti və oxşar tələblər.
  • Pul tələbi, «öz avadanlığınla işlə» tipli aldadıcı şərtlər, MLM.
  • Namizəddən həssas məlumat tələb edən sual-cavab.

Düzəliş istənilir

Natamam təsvir, səhv kateqoriya, maaş uyğunsuzluğu — moderator qeyd yazır, siz düzəldib yenidən göndərirsiniz.

Şikayətlər

Hər vakansiyada «Şikayət et» linki var. Şikayətlər bir iş günü ərzində baxılır.